"Qarabağ" Avstriyada son məşqini keçirib FOTOSESSİYA

"Qarabağ" Avstriyada son məşqini keçirib FOTOSESSİYA

"Qarabağ" klubunun Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. SİA-nın məlumatına görə, iyunun 18-dən Kössen qəsəbəsində hazırlaşan komanda sonuncu məşqinə çıxıb. Heyət yerli vaxtla saat 19:30-da (Azərbaycan vaxtı ilə 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik çalışma yerinə yetirib. Komandanın məşqi taktiki çalışma üzərində baş tutub.

Bu gün sonuncu yoxlama oyununa çıxacaq "Qarabağ"ın rəqibi Rusiya "Lokomotiv"i olacaq. Qarşılaşma Kössen qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama saatı 18:30-da (Azərbaycan vaxtı ilə 21:30) nəzərdə tutulub.

Sabah isə komanda Azərbaycana qayıdacaq. "Qarabağ" Münhen - İstanbul - Bakı reysi ilə Vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə