Avstriyanın "laola1.at" portalı birinci Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev haqqında məqalə yayıb. SİA-nın xəbərinə görə, məqalədə İlham Zəkiyevin Ermənistanla müharibə zamanı başından yaralanaraq görmə qabiliyyətini itirdiyi bildirilir. İlk Avropa Oyunlarının açılış mərasimində məşəlin stadiona gətirilməsinin məhz ona həvalə edildiyi vurğulanır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin paralimpiyaçı cüdoçunun mübarizəsini izlədiyi və birinci Avropa Oyunlarının qızıl medalını şəxsən ona təqdim etdiyi oxucuların diqqətinə çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB