Gənc qadın güləşçilərimiz Avropa çempionu oldular

Gənc qadın güləşçilərimiz Avropa çempionu oldular

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, çempionatın üçüncü günündə mübarizəyə qoşulan Leyla Qurbanova (51 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) isə bürünc medal qazanıb.

Növbəti yarış günündə isə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

55 kq-da mübarizə aparan cari ilin U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik bu dəfə də finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Rusiya, Fransa və Estoniya idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi İtaliya güləşçisi olub. Alyona Kolesnik görüşü uduzub və çempionatın gümüş medalına sahib olub.

63 kq çəki dərəcəsində yarışan yığmamızın üzvü Raqnetta Qurbanzadə İsveç və Rumıniyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Güləşçimiz İtaliya təmsilçisi ilə bürünc medal uğrunda həlledici görüşü öz xeyrinə başa vurub və çempionatı 3-cü sırada tamamlayıb.

72 kq-da mübarizə aparan Səbirə Əliyeva finala qədər inamla güləşib. Macarıstan, Polşa və Almaniya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna komandasının üzvü ilə qarşılaşıb. Rəqibinə şans verməyən S. Əliyeva Avropa çempionatının qızıl medalına sahib olub.

Beləliklə, gənc qızların mübarizəsində yığmamız ümumilikdə 1 qızıl (Səbirə Əliyeva), 3 gümüş (Leyla Qurbanova, Alyona Kolesnik və Elis Manolova) və 2 bürünc (Türkan Nəsirova və Raqnetta Qurbanzadə) medal qazanıb. Bu nəticə ilə güləşçilərimiz komanda hesabında 58 xalla Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.

48 kq
1/8 final - Ayan Məmmədova - Milana Dadaşeva (RUS) 0:8
Təsəlliverici görüş - Ayan Məmmədova - Suzana Seicariu (ROU) 4:6

55 kq
1/8 final - Maria Kuznetsova (RUS) - Alyona Kolesnik 6:6*
1/4 final - Alyona Kolesnik - Sonia Baudin (FRA) 6:2 (təmiz qələbə)
1/2 final - Alyona Kolesnik - Anastasia Krasnova (EST) 3:2
FİNAL - Patrizia Liuzzi (İTA) - Alyona Kolesnik 8:2

63 kq
1/8 final - Therese Persson (SWE) - Raqnetta Qurbanzadə 2:4
1/4 final - Alleksandar Amghez (ROU) - Raqnetta Qurbanzadə 10:2 (təmiz qələbə)
1/2 final - Raqnetta Qurbanzadə - Lyubov Ovçarova (RUS) 3:14
Bürünc medal görüşü - Kouma Labroque (FRA) - Raqnetta Qurbanzadə 1:4

72 kq
1/8 final - Vivien Szaraz (HUN) - Səbirə Əliyeva 0:11
1/4 final - Səbirə Əliyeva - Natalia Strzalka (POL) 4:0 (təmiz qələbə)
1/2 final - Səbirə Əliyeva - Francy Radelt (GER) 4:0 (təmiz qələbə)
FİNAL - Anastasia Şustova (UKR) - Səbirə Əliyeva 2:8

Bütün xəbərlər Facebook səhifəmizdə