İlk Avropa Oyunlarının boks yarışlarında mübarizə aparan Azərbaycan milli komandasının üzvü Elvin Məmişzadə qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 52 kq çəki dərəcəsində yarışan idmançımız finalda italiyalı Vincenzo Pikardini məğlub edib. O, rəqibindən 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə üstün olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Boksçumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Qeyd edək ki, E. Məmişzadənin qazandığı mükafat Azərbaycanın ilk Avropa Oyunlarında 16-cı qızıl medalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB