Nəzakət Xəlilova: “Avropa Oyunlarında qadın idmançılara da şans yaradıldı” AÇIQLAMA
"Sevindirici haldır ki, Sambo Avropa Oyunlarına daxil edilib". SİA-nın məlumatına görə, bu sözləri Avropa Oyunlarında Sambo üzrə gümüş medal sahibi Nəzakət Xəlilova bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Avropa Oyunlarına sambonun daxil edilməsi idmançılar üçün şans olub: "Avropa Oyunlarında qadın idmançılara da şans yaradıldı. Özümü yaxşı nümayiş etdirdim və finala çıxdım. Lakin rəqibim çox güclü idi. Buna görə də məğlub oldum və gümüş medal əldə etdim. Həyəcanlı olmağımıza baxmayaraq, tamaşaçılardan ilham aldıq və sonda medal əldə edə bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB