"Baku Crystall Hall"da qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsinin görüşləri başlayıb. SİA-nın xəbərinə görə, ilk oyun Polşa və Almaniya komandaları arasında keçirilir. Görüşün hakimi həmyerlimiz Eldar Əliyevdir. İkinci hakim isə italiyalı Daniele Raprisardadır. Gün ərzində dörddəbir final mərhələsində Türkiyə-Rusiya, Azərbaycan-Niderland və Belçika-Serbiya qarşılaşmaları oynanılacaq.
10:33
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək. SİA-nın məlumatına görə, 1/4 final mərhələsinə Polşa-Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.
Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə qarşılaşacaq.
Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB