Yarışa birbaşa olaraq dörddəbir finaldan qoşulan dünya və Avropa çempionu Salman Əlizadə (49 kq) irlandiyalı Brendan İrvin ilə mübarizədən 1:2 hesabı ilə məğlub ayrılaraq "Bakı-2015"-də çıxışını dayandırıb.
13:44
İyunun 22-də "Baku Crystal Hall"da birinci Avropa Oyunlarının boks yarışlarının dörddəbir final mərhələsinin görüşlərinə start verilib. SİA-nın xəbərinə görə, bu gün rinqə 48-51 və 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 52, 56, 81 və 91+ kiloqramlarda kişi boksçular çıxacaqlar.
Azarkeşlər Azərbaycan idmançılarının görüşlərini izləmək imkanına malik olacaqlar. Belə ki, bu gün beş boksçumuz yarımfinala keçmək uğrunda mübarizəyə qoşulacaq. Günün ilk yarısında 49 kiloqramda dünya və Avropa çempionu Salman Əlizadə irlandiyalı Brendan İrvin ilə görüşəcək. Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev isə Danimarka idmançısı Frederik Yenseni sınağa çəkəcək.
Digər üç dəri əlcək ustamız isə rinqə axşam saatlarında çıxacaq. Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə (52 kq) bolqarıstanlı Daniel Asenov ilə münasibətlərinə aydınlıq gətirəcək. 81 kiloqramda çıxış edən Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı yarımfinala gedən yolda hollandiyalı Peter Müllenberqi məğlub etməyə çalışacaq. Azərbaycana növbəti qızıl medalı qazandırmağa namizədlərdən biri olan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun isə yarımfinal yolundakı rəqibi türkiyəli Əli Demirəzən olacaq.
Bu gün kişi və qadın boksçuların mübarizəsində dörddəbir final mərhələsində yeddi çəki dərəcəsində 26 görüş keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB