Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi Almaniya idmançısı Kristian Rayts olub. O, qızıl medal uğrunda mübarizədə rəqiblərindən üstün oyun nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.
İkinci yerə rusiyalı Aliqsey Klimov, üçüncü yerə isə almaniyalı Oliver Geis çıxıblar.
Xatırladaq ki, finalda birincilik uğrunda Fransa, Almaniya, Ukrayna, İspaniya və Rusiyadan 6 idmançı mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB