Tayfur Əliyev: "İçimdən rəqibi yarış qaydaları çərçivəsində döymək keçdi" AÇIQLAMA

Tayfur Əliyev: "İçimdən rəqibi yarış qaydaları çərçivəsində döymək keçdi" AÇIQLAMA

"Tribunalardakı dəstəyi görəndə daha da ruhlandım və içimdən rəqibi yarış qaydaları çərçivəsində döymək keçdi. Səylə döyüşdüm və qalib gəldim". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" ilk Avropa Oyunlarının boks yarışlarının 1/8 finalında rumıniyalı Andreiana Nikola üzərində 3:0 hesablı qələbə qazanan Tayfur Əliyev (56 kq) deyib. İdmançımız rəqibə şans vermədiyini qeyd edib: "Rəqib gördü biraz qaşım açılıb, elə bildi ki, qələbə qazanıb. Ancaq mən buna imkan vermədim. Rəqiblərimin bəzilərini tanıyıram. Ən güclü rəqibim Fransa təmsilçisidir. Ancaq onu da Böyük İpək Yolu turnirində məğlub etmişəm".

O, yarışda bütün gücü ilə döyüşərək qızıl medal qazanmağa çalışacağını bildirib: "İstəyirəm ki, qızıl medal qazanım və finalda da azarkeşlər belə dəstəkləsinlər. Komandamızın bütün üzvlərindən medal gözləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə