"Azərbaycanın bu səviyyədə hazırlığını yalnız alqışlamaq olar" AÇIQLAMA
I Avropa Oyunlarının kamandan oxatma yarışlarında mübarizə aparan italiyalı idmançı Devid Pasqualucci Oyunların təşkilatçılığı barədə danışıb. O, SİA-ya açıqlamasında qeyd edib ki, ilk Avropa Oyunlarının Bakıda yaradılan standartları bütün idmançıları razı salıb: "İdmançılar üçün yaradılan şərait onların yüksək səviyyədə yarışmasına imkan yaradır. Tofiq Bəhramov adına Respublika Stadionunda da hər şey ən incə detallara qədər düşünülüb. Oyunların açılış mərasimində yaşadığım anları heç vaxt unutmayacağam. Azərbaycanın qısa zamanda I Avropa Oyunlarına bu səviyyədə hazırlığını yalnız alqışlamaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB