Romano Bernardo: "Mənim üçün ölkəmi təmsil etmək şərəfdir"

Romano Bernardo: "Mənim üçün ölkəmi təmsil etmək şərəfdir"

"Litvalı idmançılarla voleybol çimərliyi üzrə oyunumuz olduqca çətin idi. Çünki bu sahədə ilk oyunumuz idi. Hər kəs adi vaxtda etmədiyi səhvləri etməkdə idi. Ən əsası odur ki, biz əlimizdən gələni etdik və qələbə çaldıq". Bunu SİA-ya azərbaycanlı idmançı Romano Bernardo deyib.

"Sabah biz Norveç komandası ilə yarışacayıq. Bildirmək istərdim ki, Norveç komandası ən güclü və prespektivli komandalardan biridir. Çünki biz müəyyən videoları izlədik və artıq müəyyən taktikalarımız var. Əlimizdən gələni edəcəyik ki, qalib gələk"- deyə, Romano Bernardo bildirib.

I Avropa Oyunlarında Azərbaycanı təmsil etməsinə gəlincə idmançı dedi ki, hər şeyi sözlə ifadə etmək bir qədər çətindir: "Ölkəmizi təmsil etmək mənim üçün çox böyük şərəfdir. Çünki Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir və mən onun komandasını təmsil edirəm. Layihənin təsdiqlənməsi üçün təxminən bir ildən çox gözlədik".

Bütün xəbərlər Facebook səhifəmizdə