"Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə 71 kq çəkidə mübarzə aparan təmsilçimiz Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Moldova idmançısı Daniel Kataraqa ilə gərgin keçən görüşü qələbə ilə başa vurduqdan sonra xorvat Dominik Etlinger və bolqar Svilen Kostadinovu asanlıqla mübarizədən kənarlaşdıraraq, finala vəsiqə qazanıb. Finalda güləşçimizin rəqibi macar Balint Korpasi olub. Pəhləvanımız rəqibinə heç bir şans verməyib (4:2) və I Avropa Oyunlarının güləş yarışlarında Azərbaycan yığmasına ilk qızıl medalı qazandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın I xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri arenada idmançımızın çıxışına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB