Karatenin Kumite növü üzrə Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda 3 idmançımız rəqibləri ilə qarşılaşıb. SİA-nın məlumatına görə, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Nuranə Əliyeva xorvatiyalı Monika Berklec ilə qarşılaşıb. İdmançımız bu qarşılaşmada 3:0 hesabı ilə məğlub olub. Daha sonra türkiyəli karateçi Sərap Özçəliklə qarşılaşan Nuranə Əliyeva bu dəfə 6:0 hesabı ilə meydanı məğlub tərk edib.
55 kiloqram çəki dərəcəsində yarışlara qatılan idmançımız İlahə Qasımova da ilk qarşılaşmasını xorvatiyalı Yelena Kovaçeviçlə keçirib. İlahə Qasımova ilk qarşılaşmasında 1:0 hesabı ilə məğlub olub. İdmançımız yarımfinalda fransalı Toy Emili ilə bu gün saat 15:44-də qarşılaşacaq.
61 kiloqram çəkidə isə Fəridə Abiyeva slovakiyalı İnqrida Suçankova sülh bağlayıb. Hesab 2:2 olub. Daha sonra türkiyəli idmançı Merve Çobanla qarşılaşan Fəridə Abiyeva 2:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, digər çəki dərəcələrində yarışlar sabah davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB