Vitse- prezident: “Avropa çempionatında verilən mükafatlar öz qüvvəsində qalacaq” AÇIQLAMA
"Avropa çempionatları ilə bağlı mükafatlarımız var". SİA-nın məlumatına görə, bu sözləri Güləş Fedrasiyasının 1-ci vitse- prezidenti Namiq Əliyev bu gün Avropa Oyunlarında iştirak edəcək idmançıların məşqi zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, Avropa Oyunlarında güləşçilərimizə Avropa çempionatlarında onlara verilən mükafatlar təqdim ediləcək. Çünki bu il Avropa Çempionatı keçirilməyəcək və əvvəlki mükafatlar yerində qalacaq: "Avropa Oyunlarında Avropa çempionatında verilən mükafatlar öz qüvvəsində qalacaq. Bildiyiniz kimi, bu il Avropa çempionatı keçirilmədi, çünki artıq Avropa Oyunları var, buna görə də Avropa çempionatındakı mükafatlar öz yerində qalır".
Namiq Əliyev Rio de Janeyrada keçiriləcək Olimpiadadan da danışıb. O qeyd edib ki, Las Veqasda lisenziya xarakterli keçiriləcək dünya çempionatı bizim üçün çox önəmlidir. Çünki, indidən lisenziyalar əldə edilərsə, il boyu Olimpiadaya sərbəst şəkildə hazırlanmaq mümkün olacaq: "Avropa Oyunları bizim üçün ona görə önəmlidir ki, Bakıda keçirilir. Rio de Janeyrada keçiriləcək Olimpiada üçün bizim Las Veqasda lisenziya əldə etməyimiz də çox önəmlidir. Biz lisenziyaları əldə etdikdən sonra artıq sərbəst şəkildə il ərzində Rio de Janeyrada keçiriləcək Olimpiya oyunlarına hazırlaşacayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB