"Neftçi” və “Qarabağ”ın vetaranları arasında görüş keçirilib

"Neftçi” və “Qarabağ”ın vetaranları arasında görüş keçirilib

Qəbələ şəhər stadionunda "Neftçi" və "Qarabağ" klublarının vetaranlarının iştirakı ilə futbol matçı keçirilib. SİA-nın məlumatına görə, görüşdə 1996-cı il Azərbaycan Kubokunun finalında qarşılaşmış veteranlar üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 1:1 hesabı qeydə alınıb.
Əvvəlcə hesabı Böyükağa Ağayevin rəhbərlik etdiyi "Neftçi" veteranları açıblar. Yaşar Vahabzadənin cərimə zərbəsindən sonra qapıçı Camaləddin Əliyev topu qaytarsa da, özünü hamıdan tez yetirən Xaqani Məmmədov qol vurmağa müvəffəq olub.
Daha sonra Ağasəlim Mircavadovun rəhbərlik etdiyi "Qarabağ" penalti vurmaq imkanı qazanıb. Amma Emin Salmanovun zərbəsini qapıçı Elxan Həsənov dəf edə bilib. Buna baxmayaraq, "Qarabağ" sonradan hesabda tarazlıq yaradıb. Kənan Kərimov qol vuraraq, həm də yekun hesabı müəyyənləşdirib - 1:1.
Qeyd edək ki, "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanan görüşdən öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev veteranlara xüsusi hədiyyələr təqdim edib.

Oyundan sonra açıqlama veren veteranlar təşkilatçılığa görə Peşəkar Futbol Liqasına minnətdarlığını bildiriblər.

Görüşdə adları aşağıda göstərilmiş veteranlar iştirak ediblər.

"Neftçi": Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Rasim Abışov, Mais Əzimov, Yaşar Vahabzadə (k), İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Emin Salmanov, Aydın Ələkbərov, Fizuli Məmmədov, Xaqani Məmmədov, Əli Abışov, Bəxtiyar Musayev, Vidadi Rzayev.

"Qarabağ": Camaləddin Əliyev, Səttar Əliyev (k), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov.

Bütün xəbərlər Facebook səhifəmizdə