Azərbaycan millisi Avropa çempionatının final mərhələsində

Azərbaycan millisi Avropa çempionatının final mərhələsində

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib. SİA-nın məlumatına görə, millimiz "pley-off" mərhələsinin cavab oyununda Slovakiya komandası ilə üz-üzə gəlib. Paytaxtımızda keçirilən ilk oyunda 3:0 hesabı ilə üstün olan komandamız səfərdə eyni hesabla məğlub olub (3:0 - 26:24; 25:19; 25:18). Finala çıxacaq komanda "qızıl set"də müəyyənləşib. Azərbaycan millisi 15:6 hesabı ilə rəqibini məğlub edərək 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsinin qarşılaşmaları Belçikanın Antverpen şəhərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə