Rafiq Hüseynov: "Bakı-2015"də ən yüksək nəticəni qazanmağa çalışacağam" AÇIQLAMA

Rafiq Hüseynov: "Bakı-2015"də ən yüksək nəticəni qazanmağa çalışacağam" AÇIQLAMA

"Elan olunmasa da, "Bakı-2015" I Avropa Oyunlarında mübarizə aparacaq heyət məlumdur. Bəzi çəkilərdə fikir ayrılığı olsa da, məşqçilər öz aralarında məsləhətləşdilər, yoxlama görüşləri keçirdilər və kimlərin yarışcağını müəyyənləşdirdilər". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Rafiq Hüseynov (82 kq) deyib. O, "Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanmağa çalışacağını qeyd edib: "Bir idmançı kimi mən də qızıl medal üçün yarışıram. "Bakı-2015"də ən yüksək nəticəni qazanmağa çalışacağam. Yunan-Roma güləşi ağır idman növlərindən biridir. Hər an zədələnib, xəstələnmək olar. Ona görə də son dərəcə diqqətli və məsuliyyətli olmaq lazımdır".

Elgün Vidadioğlu

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə