Namik Ələsgərov növbəti fizioterapiya kursundadır

Namik Ələsgərov növbəti fizioterapiya kursundadır

Xəbər verdiyimiz kimi, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namik Ələsgərov Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib. SİA-nın məlumatına görə, hazırda futbolçu Almaniyada növbəti fizioterapiya kursundadır.

Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə