"Azərbaycan var olsun!" GÜNÜN VİDEOSU

"Azərbaycan var olsun!" GÜNÜN VİDEOSU

İran çempionatının 29-cu turunda Təbrizin "Traktor Sazi" klubu Tehranın "İstiqlal" komandasının qonağı olub. SİA-nın məlumatına görə, Təbriz təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda azarkeşlər yenə də Azərbaycanla bağlı şüarlar səsləndiriblər. "Traktor Sazi" azarkeşləri komandalarını "Azərbaycan var olsun!", "Yaşasın Azərbaycan!" şüarları ilə dəstəkləyiblər.

Qeyd edək ki, 29 turdan sonra 57 xalı olan "Traktor Sazi" çempionatın lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə