Qaret Beylin alternativi tapıldı

Qaret Beylin alternativi tapıldı

"Le10Sport" iddia edir ki, Qaret Beyl mövsümün sonunda "Mançester Yunayted"ə transfer ola bilər. Fransız nəşrin məlumatına görə, artıq Madrid klubu uelsli futbolçunun boşluğunu kiminlə dolduracağını da müəyyənləşdirib.

Əgər Beyl komandanı tərk etsə, "Real" "Çelsi"nin yarımmüdafiəçisi Eden Azarı heyətinə qatmağa çalışacaq.

Belçikalı futbolçu mövsümün gedişində "Çelsi" ilə 5 illik müqavilə imzalamışdı.

Transferin reallaşması imkansız görünür, ancaq bu, "Real"dı, Madrid klubundan nə desən gözləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə