Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib

Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib

"Simurq" Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib. SİA-nın məlumatına görə, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi iclasda qarşıdakı oyunlar müzakirə edilib.

A. Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda yayılan yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır. O qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçuların qarşıdakı oyunlarda mütləq nəticə qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə