İslandiyada keçirilən "Reykyavik Open-2015" beynəlxalq şahmat turnirinin başa çatmasına bir tur qalıb. Turnirin doqquzuncu turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov polşalı Yacek Stopa üzərində qələbə qazanaraq 7 xalla üçüncü pilləyə yüksəlib. Zeynəb Məmmədyarova bu turda aktivinə xal yaza bilməyib.
Sonuncu turda Ş.Məmmədyarovun rəqibi Hindistan təmsilçisi Abhiyet Qubta olacaq. Z.Məmmədyarova isə belçikalı Yen–Xristofe Syari ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB