Paralimpiyaçılarımız dünya kubokunda iki medal qazanıblar

Paralimpiyaçılarımız dünya kubokunda iki medal qazanıblar

Dubayda paralimpiyaçılar arasında keçirilən pauerliftinq üzrə dünya kuboku yarışlarında Azərbaycan komandası iki medal qazanıb. SİA-nın məlumatına görə, turnirdə 88 kq çəki dərəcəsində çıxış edən Gündüz İsmayılov bürünc medala sahib olub. Uşaq Paralimpiya Komitəsinin idmançısı Əli Babacanov (88 kq) isə gənclər arasında gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə