Futbol üzrə Azərbaycan Kubokunda mübarizəni dayandıran "Xəzər Lənkəran" klubu ara vermədən məşqlərini davam etdirir. SİA-nın məlumatına görə, Lənkərandakı bazasında gündə bir dəfə olmaqla hazırlıq keçən komanda dünən məşqini tamamlayıb və bu gün Bakıya yola düşüb. Hazırda yalnız qapıçı Vyekoslav Tomiç zədədən əziyyət çəkir ki, qolkiperin müaliçəsi paytaxtda aparılır. Həkimlərin rəyinə görə, çox güman ki, futbolçu növbəti matçda meydana çıxa biləcək.
Qeyd edək ki, Premyer Liqanın XXVI turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" oyunöncəsi son məşqini də Şüvəlanda, matçın baş tutacağı "AZAL Arena"da keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB