“Azəryol” baş məşqçi ilə yollarını ayırıb

“Azəryol” baş məşqçi ilə yollarını ayırıb

Bakının qadınlardan ibarət "Azəryol" voleybol klubu baş məşqçi ilə yollarını ayırıb. Klubun rəhbərliyi kanadalı Ceremi Estes ilə müqaviləyə xitam verib. Buna səbəb məşqçinin sağlamlıq problemləri olub.

Ceremi Estes "Azəryol"da Aleksandr Çervyakovu əvəzləmişdi. Millimizin də çalışdırıcısı olan A.Çervyakov klubun Çempionlar Liqasında uğursuzluğundan sonra komandadan ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə