Bu gün Azərbaycan Voleybol Federasiyasının I vitse prezidenti və qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayev I Avropa Oyunlarının voleybol idman növü üzrə ulduz elçiləri Cabir və Tahir İmanovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə ulduz elçilər federasiyada olmaqdan və voleybol idman növünün elçiləri seçilməkdən böyük qürur hissi keçirdiklərini deyiblər. Onlar voleybolçularımıza uğurlar arzulayıblar.
Qeyd edək ki, artıq I Avropa Oyunlarında voleybol üzrə milli yığma komandalarımızın rəqibləri müəyyənləşib. Rəqiblər Avropa Voleybol Konfederasiyasının reytinq cədvəlinə görə təyin edilib.
Həm qadınlardan, həm də kişilərdən ibarət milli komandamız A qrupunda mübarizə aparacaq (Qadınlar: A qrupu - AZE, İTA, TUR, POL, BEL, ROU, B qrupu - RUS, SRB, GER, NED, CRO, BUL. Kişilər: A qrupu - AZE, SRB, POL, FRA, FİN, TUR, B qrupu - RUS, İTA, BUL, GER, BEL, SVK).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB