İdmançımız dünya kubokunun sahibi oldu

İdmançımız dünya kubokunun sahibi oldu
Fevralın 7 və 8-də Moskvada şahmat məsələ və etüdlərinin həlli üzrə VII dünya kuboku keçirilib. SİA-nın məlumatına görə, dünya kubokunda Azərbaycanı 5 həllçi təmsil edib. Həmin şahmatçıların heyəti aşağıda göstərilib.

1. Araz Alməmmədov

2. Ramil Cavadov

3. Zaur Məmmədov
4. Nərmin Məmmədova

5. Misrəddin İsgəndərov

Qeyd edək ki, Azərbaycan həlledənləri arasında ilk dəfə Zaur Məmmədov dünya kubokunun sahibi adına layiq görülüb. O, 93,5 xalla 2 rusiyalını - Yevgeni Fomiçevi (91,25) və Aleksandr Leontyevi (89,25) qabaqlayaraq ölkəmizə yüksək mükafat qazandırıb.

Məlumat üçün bildirək ki, Azərbaycan şahmatçıları artıq Moskvadan vətənə geri qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня