Yığma komandaların mətbuat üçün açıq məşqi keçiriləcək ANONS

Yığma komandaların mətbuat üçün açıq məşqi keçiriləcək ANONS

Sabah Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının mətbuat üçün açıq məşqi keçiriləcək. SİA-nın məlumatına görə, mətbuat nümayəndələri 2015-ci il üçün yığma komandaların hədəfləri və qarşıdan gələn yarışlar haqqında yığma komanda məşqçilərinin və aparıcı idmançıların fikirləri ilə tanış ola biləcəklər.

Açıq məşqin proqramı belədir:

Saat 10:00 - yunan-Roma güləşi üzrə yığma komanda
Saat 11:00 - qadın güləşi üzrə yığma komanda
Saat 11:30 - sərbəst güləş üzrə yığma komanda

Azərbaycan Güləş Federasiyası məşqi izləmək üçün bütün KİV nümayəndələrini dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə