"Baku Fires" Venesuela klubuna məğlub olub

"Baku Fires" Venesuela klubuna məğlub olub

Ümumdünya Boks Seriyasının (WSB) 2-ci turunun matçında Azərbaycanın "Baku Fires" klubu səfərdə Venesuelanın "Caciques Venezuela" komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, Karakas şəhərində keçirilən görüşdə komandamız 2:3 hesabı ilə məğlub olub.

Döyüşlərin nəticələri:

"Caciques Venezuela" - "Baku Fires"

52 kq. Bermudez Salas – Elvin Məmişzadə – 3:0 (49:46, 48:47, 49:46).

60 kq. Nestor Armas – Albert Səlimov - 0:3 (44: 50, 45:50, 45:50).

69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46).

81 kq. Ramirez Duran – Soltan Migitinov – 2:1 (48:47, 48:47, 46:49).

+91 kq. Munoz Mata – Arslanbek Mahmudov – TKO R-4

Komadamızın heyətində superağır çəki dərəcəsindəki təmsilçimiz Arslanbek Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.

"B" qrupunda digər nəticələrə gəlincə, "Argentina Condors" doğma divarlar arasında "Puerto Riko Hurricanes" klubuna 2:3 hesabı ilə uduzub. USA "Knockouts" yerli publika qarşısında "İtalia Thunder" üzərində qələbə qazanıb – 3:2. "Astana Arlans" isə səfərdə "Rafako Hussars Poland" klubunu 3:2 hesabı ilə məğlub edib.

Turnir cədvəli:

  1. Astana Arlans – 6 xal, döyüşlərin fərqi - 8-2 (2 matç)
  2. USA Knockouts –6, 7-3 (2)
  3. Puerto Riko Hurricanes – 6, 6-4 (2)
  4. Baku Fires – 4, 6-4 (2)
  5. Caciques Venezuela – 3, 3-7 (2)
  6. Rafako Hussars Poland – 2, 4-6 (2)
  7. İtalia Thunder – 1, 3-7 ( 2)

"Baku Fires" növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində "Astana Arlans" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə