"Qəbələ"nin yeni futbolçuları hansı nömrə ilə çıxış edəcəklər?

"Qəbələ"nin yeni futbolçuları hansı nömrə ilə çıxış edəcəklər?

"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların - Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib. SİA-nın məlumatına görə, R. Sadiqov 6, A. Qay isə 19 nömrəli formanı geyinəcək. Futbolçular geyinəcəkləri formaların nömrələri ilə bağlı fikirlərini bildiriblər:

Rəşad Sadiqov: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

Aleksey Qay: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə, qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə