"Neftçi"nin əvəzedici heyəti də Türkiyədə hazırlıq keçəcək

"Neftçi"nin əvəzedici heyəti də Türkiyədə hazırlıq keçəcək

"Neftçi" PFK-nın əsas komandası ilə yanaşı, əvəzedici heyəti də hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçəcək. SİA-nın məlumatına görə, yanvarın 11-də 23 nəfərlik futbolçu heyəti ilə Antalyaya yollanacaq əvəzedici komandanın təlim-məşq toplanışı yanvarın 24-də yekunlaşacaq. Bu müddət ərzində komanda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi zamanı əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın düşərgəsinə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə