Nazir: “Tələbə gənclər təşkilatları fəaldır” Açıqlama

Nazir: “Tələbə gənclər təşkilatları fəaldır” Açıqlama

"2014 cu ildə ən maraqlı layihə "Mən Azərbaycan Haqqında Nə Bilirəm" müsabiqəsi olub. Yarışda iştirak edən 174 qalibi Bakıda qəbul etdik". SİA-nın məlumatına görə, bu sözləri bu gün gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 2014-cü ildə beynəlxalq səviyyədə yarışlarda iştirak edərək nailiyyətlər əldə edib: "Səfirliklərlə birlikdə 24 ölkədə belə bir esse müsabiqəsi həyata keçirilib. Onlar öz yazdıqlarını gözləri ilə görə bildilər. Təkcə Braziliyanın 2 universitetindən 400 esse qəbul olub. 47 ölkədən 3 min esse ilə müraciət edib və daha sonra Azərbaycana gəliblər. Gənclərin qlobal formunda 165 ölkənin nümayəndəsi, nazirlər, dövlət rəsmiləri və digər şəxslər iştirak edib".

Nazir Azərbaycanın BMT-nin gənclər departamentinə tam dəstək verən ölkə olduğunu bildirib: "BMT-də gənclərlə bağlı ilk dəfə olaraq gənclər departamenti fəaliyyətə başlayıb. İlk dəfə buna tam şəkildə Azərbaycan dəstək verib". Gənclərimizə regionlarda da dəstək verilib.

Azad Rəhimov idman sahəsində gənclərimizin dünya yarışlarında əldə etdiyi nailiyyətlərdən danışıb: "Bu il 156 tədbir keçirilib. Bunlardan 34-ü beynəlxalq tədbir olub. 3 mindən artıq gənc Azərbaycana gəlib. "Breyn ring" Beynəlxalq Uşaq Festivalı və s layihələr davam etdirilir. Tələbə gənclər təskilatları bu sahədə fəal iştirak edir. Bu il 800- dən artıq idman sahəsində medal qazanılıb. Bunlardan 200- dən çoxu qızıl medal olub. 150 təlim - məsq toplantıları keçirilib. Bunlardan 45- i xaricdə hayata keçirilib. Atletika, gimnastika, taekvondo və digər idman yarışları Azərbaycanda baş tutub. Noyabrda komputer üzrə dünya çempionatı Azərbaycanda keçirilib. Avropa olimpiya komitəsinin rəhbəri Azərbaycanda olub. Bütün bunlar bizim 2014-də qazandığımız nailiyyətlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə