“Critical X-Mass Baku”nun qalibləri kimdir?

“Critical X-Mass Baku”nun qalibləri kimdir?

Velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü təşkil olunub. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyasının "SharkHead" velosipedçilər klubu ilə birlikdə keçirdiyi yürüş Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürüb. İştirakçılar şəhərin küçələri ilə 18 kilometr məsafə qət ediblər.

Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə