Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları çərçivəsində D qrupunda "Qalatasaray" "Anderlext"in qonağı olacaq. SİA-nın məlumatına görə, oyundan öncə qarşılaşmanın keçiriləcəyi "Constant Vanden Stock" stadionunda baş tutan mətbuat konfransında "Anderlext"in baş məşqçisi Besnik Hasi "Qalatasaray"la oyun haqqında fikirlərini səsləndirib.
O, qarşılaşmanın olduqca çətin keçəcəyini qeyd edib: "Bu vəziyyətdə "Qalatasaray" yaralı heyvan kimidir. Matçın asan keçəcəyini düşünmək böyük xəta olar. Biz qrup sıralamasındakı yerimizi yox, sadəcə qalib gəlməyi düşünürük. Gənc və cəsur heyətimiz var. "Qalatasaray" son zamanlar yaxşı oynamır. Ancaq yenə də oyun gərgin keçəcək.
Üzərimizdə böyük basqı var. Püşk atılanda heç xal qazanmayacağımızı düşünmüşdük. Ancaq indi daha yaxşı nəticələrə imza atmağa layiq olduğumuzu düşünürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB