Uğur Pamuk: "Yenidən milli komandada oynamaq istəyirəm"

Uğur Pamuk: "Yenidən milli komandada oynamaq istəyirəm"

"Sumqayıt" mənim doğma klubumdur. Mən yenidən evimə qayıtdım". SİA-nın məlumatına görə, bu sözləri "Sumqayıt" klubu ilə müqavilə bağlayan yarımmüdafiəçi Uğur Pamuk deyib. O, bu klubda yeni uğurlara imza atmaq istədiyini qeyd edib: "Sumqayıt"da uğur qazanıb, yenidən milli komandada oynamaq istəyirəm. Bir müddətdir ki, yaşıl meydanlardan uzağam. İnşallah tez bir zamanda formamı bərpa edib, komandama kömək edərəm".

Qeyd edək ki, 25 yaşlı futbolçu komanda ilə 1,5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə