Bakı şəhər açıq kuboku keçiriləcək

Bakı şəhər açıq kuboku keçiriləcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 16 noyabr 2014-cü il tarixində, saat 10:00-da 2 saylı Tibb Texnikumunun idman zalında vado-ryu karate-do üzrə Bakı şəhər açıq kuboku keçiriləcək. SİA-nın məlumatına görə, yarışda 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparacaq.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının bütün ərazisində vado-ryu karate-do növünün idman və döyüş sənəti kimi inkişaf və təbliğ etdirilməsi, idmançı və hakimlərin ustalığının artırılması, Azərbaycan gənclərinin mənəvi və fiziki hazırlığının inkişaf etdirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə