Kompüter oyunları üzrə Dünya çempionatına start verildi

Kompüter oyunları üzrə Dünya çempionatına start verildi

"Baku Kristal Holl"da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyilə kompüter oyunları üzrə VI dünya çempionatının açılış mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 33 ölkədən 250-dən artıq iştirakçının qatıldığı tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Jun və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli sərəncamına müvafiq olaraq keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə