Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Otüstü Hokkey Kompleksində Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında Bakı şəhər açıq festivalı keçirilib. SİA-nın məlumatına görə, çempionatda 8 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, qızlar arasında I yeri Xəzər №149, II yeri Xəzər №117, III yeri Qaradağ №233 komandaları, oğlanlar arasında I yeri Uşaq Evi №2, II yeri Sumqayıt № 22, III yeri Xəzər №117 komandaları tutub.
Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB