Argentina çempionatında hakim biabırçılığı yaşanıb. "Lanus" - "Arsenal" qarşılaşmasında hakim meydan sahibləri qələbə qolunu vurana qədər oyunu davam etdirib. Oyunun son dəqiqələrində qonaqlar 2:1 hesabı ilə öndə olub. Qarşılaşmanın baş hakimi Andres Merlos əsas vaxta 5 dəqiqə əlavə edib. Amma o, bu müddət bitdikdən sonra da oyunu dayandırmayıb. Əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. Ancaq Merlos yenə də final fitini çalmayıb. Yalnız 99-cu dəqiqədə, meydan sahibləri qələbə qolunu vurandan sonra Merlos qarşılaşmanı dayandırıb.
Argentina Futbol Assosiasiyası məsələni araşdırır. Merlos oyunların idarə edilməsindən uzaqlaşdırılıb. Hakimin beynəlxalq dərəcədən də məhrum ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB