Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının IX turu çərçivəsində səfərdə "Simurq" komandası ilə oyundan sonra "Araz-Naxçıvan" futbol komandasının iclası keçirilib. İclasda komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəbləri müzakirə olunub.
Sonda bəzi futbolçuların komanda ilə yolları ayırıb. Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk ediblər.
Qeyd edək ki, Zaqatalada "Araz-Naxçıvan"ı qəbul edən "Simurq" rəqibini 4:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB