Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında boks üzrə Avropa birinciliyi başa çatıb. SİA-nın xəbərinə görə, Azərbaycan milli komandasının iki üzvü turnirdə mükafatçılar arasında yer alıb. Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarımfinalda Bolqarıstan təmsilçisi Daniel Asenova uduzaraq üçüncü yerlə kifayətlənib. Superağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov da Avropa birinciliyini 3-cü yerdə başa vurub. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Peter Kadiruya məğlub olub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB