Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.
SİA-nın məlumatına görə, bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 192.8 km məsafə qət ediblər. Velosipedçilərimizin ikisi - Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən 24 nəfərlik pelotonun içərisində olublar - 4 saat, 32 dəqiqə, 51 saniyə. Fotofinişə əsasən, Elçin 8-ci, Samir isə 10-cu nəticə göstərib.
Bu amil hər iki idmançımızın ümumi sıralanmada mövqelərini daha da yaxşılaşdırmalarına şərait yaradıb. Samir 8-ci yerdən 6-cı pilləyə, Elçin isə 14-cü yerdən 8-ci pilləyə yüksəlib. Komanda hesabında "Synergy Baku" əvvəlki kimi 4-cüdür.
Sabah keçiriləcək 6-cı mərhələdə velosipedçilər 182 km məsafə qət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB