Xorvatiya millisi yığmamızın qapısından 6 cavabsız qol keçirib

Xorvatiya millisi yığmamızın qapısından 6 cavabsız qol keçirib

Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Osiyek şəhərindəki "Qradski" stadionunda millimiz Xorvatiya yığması ilə qarşılaşıb.

İsveçrəli baş hakimi Studer Stefanın idarə etdiyi oyunun 11-ci dəqiqəsində Xorvatiya millisinin futbolçusu Andrey Kramariç hesabı açıb. Matçın 33-cü və 45-ci dəqiqələrində xorvatiyalı İvan Perişiç dubl edib. Birinci hissəyə əlavə olunmuş vaxtda isə Marselo Brozoviç fərqlənib. Beləliklə, oyunun ilk hissəsi Xorvatiya millisinin 4:0 hesablı üstünlüyü ilə bitib.

Meydan sahibləri fasilədən sonra da hücumları davam etdiriblər. Görüşün 55-ci dəqiqəsində Elnur Allahverdiyevin kobud oyununa görə millimizin qapısına təyin olunan penalti zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Beş dəqiqə sonra millimizin kapitanı Rəşad Sadıqov avtoqolla yadda qalıb.

Beləliklə, görüş Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə