Pele: "Məni tez-tez meymun adlandırırdılar"

Pele: "Məni tez-tez meymun adlandırırdılar"

Vaxtilə Braziliyanın yığma futbol komandasının əfsanəvi hücumçusu olmuş Pele hesab edir ki, qaradərili oyunçular stadion tribunalarındakı azarkeşlərin irqçi atmacalarına məhəl qoymamalıdırlar. Xarici KİV xəbər verir ki, üçqat dünya çempionu bu fikri Portu-Aleqra şəhərinin "Qremio" klubu ilə əlaqədar yaxın vaxtlarda baş vermiş bir qalmaqallı hadisəni şərh edərkən söyləyib. Xatırladaq ki, bu klubu azarkeşləri "Santos" komandasının qapıçısı Aranyanın ünvanına irqçi sözlər səsləndirdiklərinə görə "Qremio" Braziliya Kuboku uğrunda oyunlardan kənarlaşdırılıb.
Karyerasının böyük hissəsi "Santos" komandası ilə bağlı olan Pele jurnalistlərə bildirib: "Aranya azarkeşlərlə münaqişəyə girməkdə bir az tələsib. Əgər hər dəfə məni meymun, yaxud kreol adlandıranda oyunu saxlayıb dava-dalaşa başlasaydım, onda həmin oyunların bəzisini başa çatdırmaq olmazdı".

Pele vurğulayıb ki, irqçiliklə mübarizə aparmaq lazımdır, lakin təxribat xarakterli hər atmacaya reaksiya vermək bu problemi yalnız kəskinləşdirir.
Braziliyalının fikrincə, azarkeşlər çox vaxt öz sözlərinin mənasını düşünməyərək çılğınlıq nümayiş etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə