Sindzi Kaqava “Valensiya”nın təklifini rədd edib

Sindzi Kaqava “Valensiya”nın təklifini rədd edib

"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Sindzi Kaqava "Valensiya" klubunun təklifini rədd edib. Yaponiyalı futbolçu "Valensiya"nın heyətində oynamaq istəmədiyini açıqlayıb.

İyirmi beş yaşlı futbolçunun sabiq komandası "Borussiya" (Dortmund) klubuna qayıdacağı iddia olunur. Lakin hələlik Dortmund təmsilçisi Kaqavaya rəsmi təklif göndərməyib.

Qeyd edək ki, S.Kaqava 2012-ci ildə "Borussiya" (Dortmund) klubundan "Mançester Yunayted"ə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə