FİFA referisi Anar Salmanov yeni təyinat alıb. AFFA-dan bildiriblər ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sentyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək V qrupun oyunlarını idarə edəcəkdir.
Bu qrupda Ukrayna, İsveç, Yunanıstan və Latviya komandaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB