Daha dörd güləşçimiz xalça üzərinə çıxacaq

Daha dörd güləşçimiz xalça üzərinə çıxacaq

Çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov xorvatiyalı Mixael Beseniçə, hindistanlı Kurşnat Kuradeyə, rusiyalı Aslan Visaitova və iranlı Bahruz Malekiyə qalib gələrək finala yüksəlib. Güləşçimiz qızıl medal uğrunda görüşdə Qırğızıstan idmançısı Rustam Teiişov ilə qarşılaşacaqdır.

Ruhin Mikayılov (66 kq) ilk görüşdə Moldova güləşçisi Daniel Kataraqadan üstün olub. Ardıcıl olaraq Hrant Kalaçyanı (Ermənistan), Şoqo Takahaşini (Yaponiya) və İbrahim Mohmudu (Misir) məğlub edən güləşçimiz finalda gürcüstanlı Şmaqi Bolkvadze ilə üz-üzə gələcəkdir.

İslam Abbasov (84 kq) da finaladək maneəsiz irəliləyib. Bolqarıstanlı Yoan Dimitrov və İsveç idmançısı Emil Sandahı üstələyən güləşçimiz dörddəbir finalda Ermənistan təmsilçisi Varujhan Qriqoryan ilə qarşılaşıb. İslam Abbasov cəmi 44 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gəlib. Yunanıstan təmsilçisi Dmitros Tserekidis ilə yarımfinal görüşünü də qələbə ilə başa vuran güləşçimiz finala yüksəlib. Bu görüşlərdə 23 xal qazanan güləşçimiz cəmi 1 xal itirib. Finalda onun rəqibi Almaniya idmançısı Denis Kudla olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə