Azərbaycanda çimərlik futbolu üzrə Superliqa yarışı keçirirlib. SİA-nın məlumatına görə, 9 müxtəlif kommandanın qatıldığı oyunda ilk 4-lük müəyyən olunub və həmin komandalar finala vəsiqə qazanıb. Finalda həmin 4 komanda bir-biri ilə bir dəfə oyun keçiriib. Yekunda ən çox xal yığan "Fənərbaxça" komandası Azərbaycan Superliqasının qalibi adına layiq görülüb. Eyni zamanda həmin komanda Azərbaycanı avroliqa oyununda təmsil etməyə haqq qazanıb. İkiinci yerə isə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu layiq görülüb. 3-cü yerin sahibi "TT Standart Bank" olub.
Oyunun baş hakimi AFFA-nın nümayəndəsi Əfqan Həmzəyev olub.
Qeyd edək ki, yarışda aşağıdakı komandalar iştirak edib:
Şüvəlan bələdiyysi
Mərdəkan bələdiyyəsi
TT Standart bank
Fövqəladə Hallar Nazirliyi
Qələbə klubu
Fənərbaxça klubu
Şuşa FK
Misterfikx şirkəti
Sabirabad icra hakimiyyəti
Oyunlar AFFA, ACFF və SFF-nin birbaşa təşkilatçılığı ilə keçirilib. Qalib gələn iştirakçılara kubok, medal, fəxri fərmanlar təqdim edilib. İlk 3-lüyə isə 3000, 2000 və 1000 manat dəyərində pul mükafatı verilib. Eyni zamanda hər 3 yerin qalibi Respubıika kubokunun final məhrələsində birbaşa iştirak üçün vəsiqə qazanıb. Eyni zamanda nominasiyalar da müəyyən olunub.
Sonda baş hakim Əfqan Həmzəyev Fövqəladə Hallar Nazirliyinin komandasının qısa zamanda yaradılaraq yüksək səviyyədə oyun nümayiş etdirdiyini vurğulayıb və rəhbərliyə minnətdarlığını bildirib. O, komandanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib. FHN-nin İdman Sağlamlıq Klubunun komanda nümayəndəsi Orxan Mansurov 2-ci yeri qənaətbəxş hesab etsə də, əsas amallarının 1-cilik olduğunu gizlətmədi: "Komandamız həqiqətən də əzimlkarlıq nümayiş etdirdi. 2-ci yeri də qələbə hesab etmək olar. Uğurlarımız davamlı olacaq".
Qeyd edək ki, FHN-nin komadasından aşağıdakı iştirakçılar seçilərək müxtəlif nominasiyalar üzrə qiymətləndiriliblər:
Vaqif Şirinbəyov – turnirin ən güclü qapıçısı
Sabir Allahquliyev - ən güclü hücumçu
Orxan Məmmədov - ən güclü yarımmüdafiəçi
Əli Hüseynov - ən güclü oyunçu
FHN-nin İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev komanda iştirakçıları ilə görüş keçirərək, uğurlarına görə hər birini təbrik edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB