Şamaxıda Dünya çempionunun şərəfinə turnir keçiriləcək

Şamaxıda Dünya çempionunun şərəfinə turnir keçiriləcək

14-15 iyun 2014-cü il tarixində Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçiriləcək. SİA-nın məlumatına görə, yarışlar hər gün saat 10.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyunun 14-də saat 16.00-da baş tutacaq.

Açılış mərasimindən sonra veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunacaq.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə