Aprelin 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirib. SİA-nın məlumatına görə, BƏƏ-nin "Al Əhli" klubu ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb. Qolları Elvin Quliyev, Comərd Baxşəliyev (2 qol) və Sabir Allahquliyev vurublar.
Qeyd edək ki, bu komandalar arasında mayın 3-də keçirilmiş qarşılaşma da 4:2 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB